Rusiyalı aparıcı döyüldü – VİDEO

OXUNUB: 734 DÜNYA

Rusiyalı aparıcı və ginekoloq Larisa Şamanova başqasının əri ilə gizli sevgi münasibətində olduğuna görə döyülüb. 

 Teleaparıcının sevgili olduğu kişinin arvadı Fatima Sazarukova onu ofisində döyüb və həmin kadrları lentə alaraq sosial şəbəkədə paylaşıb.

Şamanova baş verənlərə münasibət bildirib: "İki il əvvəl İslam Semenovla sevgili idik. Lakin münasibətlərimiz uzunmüddətli olmadı. Çünki Fatima Sazarukova mənə xəbərdarlıq edərək bildirdi ki, İ.Semenovla evlənməyə hazırlaşırlar. Həmin zəngdən sonra İ.Semenovla münasibətlərimizə son qoydum və bir daha onunla görüşmədim. Lakin onlar da bir müddət əvvəl ayrılıblar. F.Sazarukova da onun mənimlə birlikdə olduğunu zənn edib”.

Faktla bağlı araşdırma aparılır./oxu

İcmal.Az

RƏYLƏR