Rusiyada yerləşən enerji şirkətinin baş meneceri İvan Peçorinin ölü tapıldığı açıqlanıb. Peçorin yanvarın sonundan şübhəli şəkildə ölən doqquzuncu rusiyalı biznesmendir.
7NEWS.az xəbər verir ki, Rusiyada Uzaq Şərq və Arktika İnkişaf Agentliyinin baş direktoru İvan Peçorinin vəfat etdiyi açıqlanıb. Rusiyalı iş adamı Peçorin Vladivostok şəhərində ölü tapılıb. Bu ilin əvvəlində şirkət Rusiyanın Ukraynadakı əməliyyatına qarşı çıxıb və münaqişəyə son qoymağa çağırıb.
7NEWS.az