Tezliklə Ermənistanda Rusiya Federasiyasının yeni fövqəladə və səlahiyyətli səfiri təyin ediləcək.
Bu haqda Ermənistanın "Joxovurd” qəzeti yazıb.
"Məsələ ondadır ki, 2018-ci il martın 22-də səfir İvan Volınkin 5 illik vəzifə müddəti başa çatır. Ümumiyyətlə, səfirlər 3 və ya 5 illik müddətə təyin olunurlar, sonra isə yenisi ilə əvəzlənir. Böyük ehtimalla, dörd ay sonra Rusiyanın yeni səfiri təyin ediləcək”, - erməni nəşri qeyd edib.
Qəzet bildirir ki, yeni səfirin kim olaağı hələlik məlum deyil.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin noyabrın 27-də Rusia prezidenti Vladimir Putin fərmanı ilə geri çağırılıb./publika
İcmal.Az

























