Rusiyanın hava zərbələri nəticəsində İŞİD-in yeddi səhra komandiri məhv edilib

OXUNUB: 683 DÜNYA

Rusiya Hava Kosmik Qüvvələrinin zərbələri nəticəsində son iki sutka ərzində Suriyada İŞİD-in yeddi səhra komandiri öldürülüb.

 

 Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, zərbələr İŞİD-in Fərat çayının şərq sahillərində yerləşən mövqelərinə endirilib.

 

Onun sözlərinə görə, öldürülən səhra komandirləri arasında Qazaxıstan əsilli Əbu İslam əl-Qazaxi də var. Əbu İslam əl-Qazaxi İŞİD-in Fərat vadisindəki silahlı qruplarına rəhbərlik edib./apa

 

 

İcmal.Az

RƏYLƏR