7NEWS.az xəbər verir ki, Hindistan təhlükəsizlik qüvvələri ölümün intihar olduğunu israr edir. Həyatını itirən 65 yaşlı Pavel Antovun təxminən on gün əvvəl 4 dostu ilə Hindistana istirahətə getdiyi bildirilir. Lakin onların qaldıqları oteldə baş verənlər dekabrın 22-də dörd dostdan biri Vladimir Bidanov öz otağında ölü tapılıb. Bidanovun ölüm səbəbi infarkt olduğu açıqlanarkən, onun qanında yüksək miqdarda spirt aşkarlandığı qeyd edilib. Pavel Antov bu hadisədən 4 gün sonra, dekabrın 26-da səhər saatlarında otelinin qarşısında ölü tapılıb.
7NEWS.az