Rusiyanın “Su-24” təyyarəsinin pilotunun ölümündə şübhəli bilinən şəxsə hökm oxunub

OXUNUB: 860 DÜNYA
Rusiyanın "Su-24” təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, müvafiq qərara səbəb A.Çelikin qeyri-qanuni silah saxlaması olub.

A.Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, "Su-24” Türkiyənin "F-16” təyyarəsi tərəfindən vurulub. Ekipaj katapult edə bilsə də, silahlılar paraşütlə enən O.Peşkova atəş açıblar və nəticədə o ölüb.
 
İcmal.Az

RƏYLƏR