Dünən Rusiya müdafiə nazirliyi ABŞ-la Suriyadakı hava məkanın aid müqavilənin ləğv edildiyini bəyan etdi.
Rusiyanın "uçan bütün cisimləri hədəf kimi qəbul edəcəyik" -xəbərdarlığından sonra Avstraliya hökuməti Suriyadakı hava əməliyyatlarını təxirə salıb. Bu barədə Avstraliya açıqlama da verib.
Açıqlamada deyilir: "Rusiyanın dünənki "Suriyada hava qüvvələrinin fəaliyyət bölgəsində uçan bütün cisimləri hədəf olaraq qəbul edəcəyik" xəbərdarlığından sonra İŞİD-ə qarşı koalisiya çərçivəsindəki uçuşları dayandırdıq"./olke.az

























