Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov”da yanğın baş verib

OXUNUB: 262 Özəl DÜNYA
Rusiya ordusunun əlində olan yeganə təyyarədaşıyan "Admiral Kuznetsov”da baş verən yanğın səbəbilə göyərtəsində olan 20 nəfər təxliyə edilərkən, alovlar qısa müddətdə söndürülüb.

7NEWS.az xəbər verir ki, Rusiya ordusuna məxsus yeganə təyyarədaşıyan "Admiral Kuznetsov” ölkənin şimal-qərbindəki Murmansk vilayətindəki "Zvyozdochka” gəmiqayırma zavoduna yanaşmaq istəyərkən alovlanıb. Yanğında can itkisi olmayıb və 20 insanlar təxliyə edilib. Gəmidə baş verən yanğına qruplar tərəfindən dərhal müdaxilə edildiyi və alov yayılmadan 6 kvadratmetr sahədə söndürüldüyü bildirilib. Yanğının səbəbi hələ müəyyən edilməsə də, mövzu ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR