Rövşən Xəlilov yenidən Azərbaycan çempionu oldu

OXUNUB: 1781 GÜNDƏM İDMAN
Stronqmen üzrə Azərbaycan çempionatı keçirilib.

7News.Az xəbər verir ki, ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda bir sıra idmançı gücünü göstərib.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin zabiti Rövşən Xəlilov rekord nəticə ilə yenidən Azərbaycan çempionu olub.

O "loglift", "deadlift" (340 kq ilə rekord) və maşındartma hərəkətində (22 saniyə) 1-ci yeri tutaraq ölkənin ən güclüsü olub. O, öz qələbəsini hərbi salam ilə qeyd edib və bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.
 
 

RƏYLƏR