Röya iki il sonra böyük səhnədə – FOTO + VİDEO

OXUNUB: 986 ŞOU-BİZNES

Ötən həftəsonu Əməkdar artist Röya Ayxanın növbəti – "Doldur ürəyimi” adlı konserti baş tutub.

İcmal.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində ilk dəfə keçirilən konsert proqramını 3500 nəfər izləyib.

Gecəboyu sevilən hitlərini səsləndirən ifaçı səhnəyə nisbətən şəffaf və parlaq libasda çıxıb.

Röyanı Rəşad Haşımovun başçılıq etdiyi 21 nəfərlik musiqi heyəti müşayiət edib.

Müğənni səhnədə olarkən maraqlı açıqlamalar verib və tamaşaçılarla zarafatlaşıb:

"Adamın arxasında "bahalı” insanlar olanda özünü güvəndə hiss edir. Mənim yanımda hər zaman gözəl insanlar olub. Onlar çətin anlarımda mənə kömək edirlər”.

Sonda isə səhnəyə müğənninin oğlu və Miri Yusif çıxıb. Onlar birlikdə "Səndən birdənədir” adlı mahnını səsləndiriblər.

Əməkdar artist konsertdən sonra mətbuat nümayəndələri ilə görüşüb.

"Bu məkanda konsert verməyi heç düşünmürdük. Çünki avqust ayı üçün başqa şou hazırlamışdıq. Amma dekabr ayında daha möhtəşəm şou ilə qarşınızda olacağam. Yanımda olduğunuz üçün sevindim. Çünki bir müddət öncə konsertlə bağlı aramızda anlaşılmazlıq oldu.

Mən də bir az tərs adamam. Əyilməyi sevmirəm. Düzgünlük tərəfdarıyam. Siz yanımda olanda özümü daha güclü hiss edirəm”, – deyə ifaçı vurğulayıb.

Müğənni bildirib ki, yaxın günlərdə mətbuat konfransı keçirəcək: 

"Bir çox məsələlərə aydınlıq gətirəcəyəm. Bütün qalmaqallara, illərdir davam edən anlaşılmazlıqlara son qoyulacaq. Çünki mən o adam deyiləm. Bunların açıqlaması verilməlidir”.

 

İcmal.Az

RƏYLƏR