"Sağa və sola baxaraq bazarlıq içəridən çıxarılır, maşınlara doldurulur"-Aysun ikinci videonu yaydu

OXUNUB: 492 SOSİAL
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanıb.

 Aysun körpələr evinə gətirilən ərzaqların baş həkim tərəfindən evinə aparıldığını iddia edən videolar yayımlayıb.

Bunları təkzib edən N.Əliyeva Aysunun orada kirayədə qaldığını və onu məhkəməyə verəcəyini deyərək, onu hədələyib.
 
Aysun isə kirayədə qalma xəbərinə münasibət bildirib:

"Kirayədə qalmaq eyib deyil. Amma bura nənəmin halal pulla alınan evidir. Həmin videonun açıqlaması bu olmamalı idi, hər kəs sizdən başqa açıqlama gözləyir".

Aysun daha sonra uşaq evi ilə bağlı başqa video paylaşıb və bunları qeyd edib:

"İlk açıqlamada dedilər ki, xəstəxanalara yardım üçün aparılır. İndi deyirlər ki, dəsmaldır, yuduzdurub gətirirk. Axı o videoda hamı açılmamış uşaq bezləri olduğunu görür. Bu da ikinci video. Bu da dəsmaldır? Gördüyünüz kimi maşınla bazarlıq gəlir, sonra isə sağa və sola baxaraq bazarlıq içəridən çıxarılır, maşınlara doldurulur".

İcmal.Az

RƏYLƏR