Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətində dindiriləcək

OXUNUB: 581 DÜNYA

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili dekabrın 26-da Ukraynanın Təhlükəsizlik Xidmətində dindiriləcək.

Saakaşvili idarədən bununla bağlı bildiriş aldığını bildirib.

Xatırladaq ki, cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların fəaliyyətini gizlətməkdə şübhəli bilinən Saakaşvili dekabrın 5-də saxlanılıb. Lakin tərəfdarları Saakşvilinin aparıldığı avtomobilə hücum edərək onun azad ediblər.

Keçmiş qubernatoru saxlamaq yalnız dekabrın 8-də mümkün olub. Kiyevin Peçerski rayon məhkəməsi dekabrın 11-də Saakaşvili barəsində ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında prokurorluğun xahişini rədd edib və siyasətçi azad olunub./publika

İcmal.Az

RƏYLƏR