Saakaşvili yeni vəzifəyə təyin olunmasına münasibət bildirib

OXUNUB: 930 DÜNYA

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin başçısı təyin edilməsini fövqəladə bir addım adlandırıb.

Bu barədə o, "Facebook” hesabında yazıb.

M.Saakaşvili ölkəni "bataqlıqdan çıxarmaq” lazım olduğunu deyib:

"Prezident Zelenski ilə uzun və maraqlı görüşümüz oldu... Prezident köklü islahatlara və dəyişikliklərə çox qərarlıdır. Mənə onun bu yanaşması çox xoş gəldi. Çünki təyin olunmağım, onun çox sayda insanı inandırması fövqəladə addımlar atmağa hazır olduğunu göstərir. Ukraynanı bataqlıqdan çıxarmaq lazımdır və bunu yalnız heç vaxt oğru olmayan və heç vaxt olmayacaq bir prezident (əminəm ki, bu şəxs prezident Zelenskidir) və Ukraynanın tarixində öz xalqı və hər bir ukraynalı üçün bir şey edə bilən bir insan bacara bilər”.

Saakaşvili Zelenskiyə bacardığı qədər kömək etməyə hazır olduğunu bildirib: "Əsas iş indi başlayır. Ali Rada, hökumət, vətəndaş cəmiyyəti və bizneslə yaxşı əməkdaşlıq etmədən müvəffəqiyyət əldə edə bilmərik, mütləq uğur qazanacağıq”.

 

7News.Az

RƏYLƏR