Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bazar günü Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində sakinlər qarşısında çıxış edib.
Çıxışı zamanı Saakaşvilini yumurta atəşinə tutublar. Bundan başqa eks-qubernatorun üstünə zelyonka atıblar.
Saakaşvilinin səfəri Krivoy Roq şəhər sovetində aparılan axtarışlar və şəhər rəhbərliyinin fəaliyyəti ilə bağlı mənfi xəbərlər olub.
Döyüşçülərin xatirəsinə ucaldılmış abidənin qarşısına gül-çiçək qoyduqdan sonra eks-qubernator şəhər sakinlərinə müraciət edib. Amma onun müraciəti yumurta və zelyonka atəşi ilə yarıda kəsilib. Hadisəni törədən şəxs saxlanılıb və polis bölməsinə aparılıb./olke.az
İcmal.Az

























