Türkiyənin Bursa şəhərində sağaldıqdan sonra xəstəxanadan ayrılan pasientin 1 gün sonra həmin xəstəxananın həyətində cəsədi tapılıb.
Küçədə yaşayan 49 yaşındakı Ogün Özmut dünən axşam 21:45 radələrində Bursa Dövlət Xəstəxanasına müalicə olunmaq üçün gəlib.
Döyüldüyünü və başının ağrıdığını deyən xəstə müayinədən sonra heç bir problemi olmadığı üçün oradan ayrılıb.
Təhlükəsizlik işçiləri səhər saatlarında xəstəxanın arxa tərəfində yerdə hərəkətsiz yatan bir şəxs görüb.
Araşdırma nəticəsində məlum olub ki, o, Ogün Özmutdur.
Ogünün başını səkiyə vurub öldüyü məlum olub. Hadisə yerinə gələn polis isə ölən şəxsin bədənində zərbə izləri olduğunu, ayaqqabılarının isə olmadığını görüblər.
Polis araşdırmaya başlayıb./milli
Videonu izləmək üçün şəklə klikləyin:
İcmal.Az



























