Sabah 38 dərəcə isti gözlənilir – PROQNOZ

OXUNUB: 645 SOSİAL

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi  gündüz  mülayim  cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən İcmal.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  21-25° isti, gündüz 29-34°, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  759  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə  70-75 %, gündüz  45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 14-19°, gündüz  25-30° isti olacağı gözlənilir.

 

İcmal.Az

RƏYLƏR