“Şaban”ın xatirəsinə avro buraxıldı - Fotolar

OXUNUB: 8432 MARAQLI DÜNYA

20 il öncə təyyarədə infarkt keçirərək dünyasını dəyişən türkiyəli məşhur aktyor Kemal Sunalın xatirəsinə əskinas hazırlanıb.

 

icmal.az xəbər verir ki, Fransanın "Oberthur Fiduciaire" mətbəəsində "0 euro" olaraq hazırlanan əskinasın üzərində aktyorun şəkilləri yer alıb. 5 min ədəd çap olunan pul dünyada satışa çıxarılıb.

Əskinas hazırda Türkiyənin müxtəlif saytlarında 70 Tl-yə (təxminən 17 manat) satılır.

Qeyd edək ki, Kamal Sunal filmlərdə yaratdığı "Şaban" obrazı ilə sevilib.





RƏYLƏR