Sabirabadda evdə qaz partlayışı olub, xəsarət alan var

OXUNUB: 726 SOSİAL

Sabirabad rayonunda baş vermiş qaz partlayışı nəticəsində bir nəfər ağır yanıq xəsarətləri alıb.

Hadisə ötən gün axşam saatlarında rayonun Qasımbəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 56 yaşlı Qismətəli Fəyyaz oğlu Əsgərov papiros çəkmək məqsədi ilə mətbəxə keçib. O, papirosu yandırmaq istərkən mənzildəki qaz sızması ilə əlaqədar anidən partlayış olub. Nəticədə ev sahibi ağır yanıq xəsarətləri alıb.

İkinci və üçüncü texniki yanıq dərəcəsi ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına gətirilən Qismətəli Əsgərova ilk tibbi yardım göstərilib. Onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR