"Sabirabadın deputatları hərdən bir rayona sanki qastrola gələn kimi gəlirlər və..."

OXUNUB: 477 HADİSƏ
Tanınmış yazar,  ictimai - siyasi xadim , əslən Sabirabad şəhərindən olan Adıgözəl Məmmədovdan İcra başçısına məsləhət...
 
Azərbaycan dövlətçiliyinin ilk əsasını qoyan "Şirvanşah Məzyidilər” dövlətinin ilk paytaxtı, 1050 illik tarixi olan qədim Cavad şəhərinin və bu qədim şəhərin müasirləri olan Sabirabad rayonunun əhalisindən bir ziyalı tapılmadı ki, bu adam milli məfkurənin daşıyıcısı olan bu camahata başçı olur ?!
 
Nadir şah Əfşarın,  Ağa Məhəmməd şah Qacarın öz siyasi hakimiyyətinin bərqərar olması ilə bağlı Xalq Qurultayını məhz bu şəhərdə çağırmaları heç də təsadüfi olmamışdır.
 
Azərbaycan milli dövlətçiliyinin genoloji yaddaşının çulğalaşdığı bu məkanda,  xalq qurultayının keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu eyni zamanda da yeni liderlərin Azərbaycan dövlətçiliyinin Şirvanşahlar – Ağqoyunlu-Səfəvi siyasi elitasının varisləri tərəfindən həm də tanınması demək idi.
 
Ona görə də bu həsas əhalinin hissiyatı ilə oynamayaraq, sözü gedən icra başçısının tutduğu vəzifəsindən  özünün  istefa verməsi daha düzgün olardı.
 
Digər bir məqam isə Sabirabaddan  bu camaata aid olmayan millət vəkilləri  var, hərdən bir rayona sanki qastrola gələn kimi gəlirlər, fotorepartyorlara bir görüntü verib, tez  sosial şəbəkələrdə paylaşırlar. Sonra nə qədər axtarsan bu yoldaşları  tapa bilməzsən,  nə özləri  telefonlara cavab verir, nə  də ki, köməkçiləri. İndi  onların bu əhaliyə bir söz deməyə üzləri varmı? Onları kim eşidər? İndi buradan bəzi yoldaşlara sual verirəm, belə "kadrları" irəli sürən zaman, bu insanlar haqqında ölkə başçısına doğru-dürüst məlumat vermisizinizmi?/moderator

RƏYLƏR