Sablya üzrə milli komandamızın lideri Anna Başta Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb. Qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna 1/8 finalda tunisli Ben Çaabane Amiraya 15:4 hesabı ilə qalib gəlib. Başta 1/4-də Özbəkistan idmançısı Paola Pliegonu 15:5 hesabı ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisi İrina Şçukla üzərində 15:10 hesablı qalibiyyət əldə edən Anna finalda Teodara Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyib. Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıb. Sevil qrupda 5, Səbinə və Valeriya isə 4 qələbə qazanıb. Valeriya Bolşakova 1/8 finalda Teodara Kaxianiyə 12:15 hesabı ilə uduzub. Səbinə Kərimova isə bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. Sevilya Bünyatova 1/8-də Paola Pliego ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.
Sablya üzrə milli komandamızın lideri beynəlxalq turnirdə qızıl medal qazanıb
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
U-15 Liqasında Çempion mükafatlandırıldı - FOTO
11.05.2026, 11:57 / Özəl, İDMAN -
İcra başçısının oğlu federasiya prezidenti seçildi - Oqtay Əsədovu əvəzləyəcək
02.05.2026, 11:09 / İDMAN -
“Turan Tovuz”un futbolçusuna Türkiyə və Rusiya klublarından təklif var
03.04.2026, 19:56 / İDMAN -
FHN-in əməkdaşı ölkə çempionatında 2 qızıl medal qazanıb
01.04.2026, 13:18 / İDMAN -
Gülməyi kimdən öyrəndin?
27.03.2026, 14:04 / İDMAN -
"DH Volley"dən Yüksək Liqada növbəti qələbə
23.01.2026, 15:07 / Özəl, İDMAN -
Bakı – 2026-cı ildə “Dünyanın İdman Paytaxtı”dır
29.12.2025, 15:52 / Özəl, İDMAN, SOSİAL

























