Şagirdlər arasında baş vermiş dava ilə bağlı – AÇIQLAMA + YENİLƏNİB

OXUNUB: 580 HADİSƏ

214 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş vermiş dava ilə bağlı məlumat yayıb.

İcmal.Az-a daxil olan məlumata görə, noyabrın 2-də tənəffüs zamanı (saat 12:15-də) 7a sinif şagirdləri Neman Fərzəliyev və Əkbər Məmmədli mübahisə edib və onlar arasında dava olub. 

Dava nəticəsində Əkbər Məmmədlinin qasıq hissəsində kəskin ağrılar yaranıb. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, hər 2 şagird fiziki cəhətdən aktiv uşaqlardır. Onların bundan öncə də mübahisə etdikləri müşahidə olunub. Tərbiyə işləri üzrə direktor müavini, məktəbin praktik psixoloqu və sinif rəhbəri həmin şagirdlərlə müntəzəm olaraq tərbiyəvi iş aparır və psixoloji yardım edirlər. Şagirdlərin münasibətlərinin tənzimlənməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Hadisə barədə şagirdlərin valideynləri dərhal məlumatlandırılıb, onlarla müvafiq söhbət aparılıb və zəruri tövsiyələr verilib.

Noyabrın 3-də hər iki şagird məktəbə gəlib və dərs məşğələlərində iştirak ediblər.

Hər iki məktəblinin təlim nəticələri orta, dərsə davamiyyəti və davranışı normaldır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

12:57

Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki 214 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

İcmal.Az Ölkə.Az-a istinadən xəbər verir ki, VII sinif şagirdləri arasında baş verən davada iki şagird – Neyman Mehman oğlu Fərzəliyev və Ələkbər Məhəmmədov xəsarət alıblar. 

N.Fərzəliyevi sinif yoldaşlarının köməyi nəticəsində ayıltmaq mümkün olsa da, Ə.Məhəmmədov üçün təcili tibbi yardım çağırılıb. Ancaq təcili tibbi yardımın müdaxiləsi Ə.Məhəmmədovun özünə gəlməsinə kifayət etmədiyindən, o, xəstəxanaya aparılıb. Hadisə baş verən zaman məktəbin direktoru Esmira Ağayeva işdə olmayıb.

 

RƏYLƏR