Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi yaşa görə pensiya alan şəxslərə peyvənd olunmayacağları təqdirdə pensiyalarının kəsiləcəyini bildirib.
Artıq yüzlərlə insana bu barədə xəbərdarlıq olunub.
Bildiyimiz kimi, Azərbaycanda vaksinasiya könüllük əsasında aparılır.
Bəs ƏƏSMN hansı qanuna dayanaraq vətəndaşları vaksinə məcbur edir?
Bu suala cavab tapmaq üçün 3 gündür nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışırıq, lakin cavab almaq mümkün olmayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov zənglərə baxmır, xidmətin digər əməkdaşları isə onun icazəsi olmadan sualları cavablandırmır.
Görünən odur ki, Sahil Babayev və əməkdaşları vətəndaşları məqsədli şəkildə dövlətə və dövlətin rəhbərinə qarşı qaldırmağa çalışır.../Azadinfo.az