Sahil Babayev nazirliyi uçuruma aparır: XƏSTƏ ÖLƏNDƏN 3 AY SONRA 1-Cİ QRUP ƏLİL OLDU – FOTOFAKT

OXUNUB: 3309 Özəl SOSİAL TƏHLİL

7NEWS.az xəbər verir ki, son bir ildə ən çox şikayət Sosial Müdafiə Nazirliyindən gəlib. Prezident İlham Əliyev regionlara səfər çərçivəsində əhali ilə sıx təmasda oldu, məktubları şəxsən aldı. Edilən bütün müraciətlər isə sırf sosial problemlərlə bağlı idi. Bu olduqca vacib məqamdır. Çünki hökümət bu nazirliyə kifayət qədər vəsait və səlahiyyət ayırıb. Böyük gücə malik olar bir qurum isə yalnış qurulan iş, vəzifəyə gətirilən dost-tanışlar, özbaşınalıq və anarxiyaya görə tamamilə iflic vəziyyətindədir.

Bu günlərdə saytımıza daxil olan yazı sözün əsl mənasında nonsensdir. Belə bir onoloji hadisə dünyanın heç bir ölkəsində baş verməyib. Məlumata görə ağır ürək xəstəsi olan (Dilatasion kardiomiopatiya) Əliyev Natiq Fərzulla oğlu 2018-ci ilin sentyabr-oktyabr aylarında Sosial Müdafiə nazirliyinin aidiyyatı qurumuna müraciət edib. Əsasnaməyə görə müraciətə 3 gün ərzində baxılmalı idi. Lakin nazirlikdə olan korrupsiya, özbaşınalıq, süründürməçilik hallarına görə adama 3 gün deyil, 3 ay ərzində, həm də dünyasını dəyişəndən sonra cavab verilib. Məlumatda qeyd olunur ki, Əliyev Natiq Fərzulla oğlu 12 dekabr 2018-ci il tarixdə elə ağır dilatasion kardiomiopatiya xəstəliyi səbəbindən dünyasını dəyişib.

22 yanvar 2019-cu il tarixdə, xəstənin müraciətindən 3 ay sonra, həm də Əliyev Natiq Fərzulla oğlunun vəfatından tam 41 gün sonra Nazirlik ona 1-ci qrup əlillik dərəcəsi verib. Bu fakt özü-özlüyündə nazirliyin hansı haldan, hansı hala düşdüyünü tam çılpaqlığı ilə göstərir. Belə davam edərsə Sahil Babayevi də Cahangir Hacıyev aqibəti gözləyir. Sonucda hər ikisi büdcəni talayıblar.

Mövzunu davam etdirəcəyik.

7NEWS.az



RƏYLƏR