7NEWS.az xəbər verir ki, Zəlzələ Avstraliyanın şərqindəki ada ölkəsi olan Yeni Kaledoniya yaxınlığında baş verib. Loyalti adalarının cənub-şərqində baş verən 7,7 bal gücündə zəlzələdən sonra sunami siqnalı verilib və sirenlər səslənməyə başlayıb. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Vanuatu, Fici və Yeni Kaledoniya üçün sunami xəbərdarlığı edib. Avstraliya Meteorologiya Bürosu şərq sahillərinin təhlükə altında olduğunu açıqlayıb.
7NEWS.az