Salvador Dalinin oğurlanmış 100 illik rəsmləri sahiblərinə qaytarılıb

OXUNUB: 195 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Polis 2022-ci ilin yanvarında Barselonadakı bir evdən oğurlanmış iki rəsm əsərini ələ keçirib və bu işlə bağlı "yüksək ixtisaslaşmış" oğurluqlarda iştirak edən 50 yaşlarında olan üç qardaşı həbs edib. Oğruların oğurladıqları 55 saatla yanaşı, sikkələr və əntiq əşyalar da götürülüb. Euronews türkcəsində yer alan xəbərə görə, polis həbs edilən 3 qardaşın Barselonanın zəngin bölgələrində fəaliyyət göstərdiklərini və günlərlə casusluq etdikdən sonra hədəflərini seçdiklərini bildirib. Bildirilib ki, ev sahibləri evdə olmayan zaman, adətən həftə sonları evə girən oğrular seçici olub, evlərdən yalnız qiymətli sənət əsərləri, pul kolleksiyaları və digər əntiq əşyalar oğurlayıblar.

7NEWS.az

RƏYLƏR