Şamaxıda kişi 15 gün öncə ailə qurduğu həyat yoldaşını döydü

OXUNUB: 893 HADİSƏ

Şamaxı rayonunda kişi yeni ailə qurduğu həyat yoldaşını döyərək ona ciddi xəsarət yetirib. 

Hadisə rayonun Meysəri kəndində baş verib.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva həyat yoldaşı tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın Cərrahiyə şöbəsindən "Report"a verilən məlumata görə, xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Cərrahiyə əməliyyatı olunan xəstənin vəziyyətini həkimlər kafi kimi qiymətləndirirlər. 

 

Məlumata görə, Z.Əlqəmbəyeva 15 gün öncə ikinci dəfə ailə qurub. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR