Şamaxıda qadın əməliyyatdan sonra dünyasını dəyişib

OXUNUB: 669 HADİSƏ

Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib.

Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbləri araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR