Şamaxıda qəbir daşları oğurlanıb

OXUNUB: 1595 HADİSƏ

 Şamaxı rayonunda qəbir daşları oğurlanıb.

Hadisə şəhərin Yeddi Günbəz qəbiristanlığında qeydə alınıb.

Bənzər oğurluq hadisəsi bir neçə dəfə təkrarlanıb. Naməlum şəxslər əsasən qara mərmərdən olan sinə və baş daşlarını qopararaq aparıb.

Sonuncu dəfə Ağabəkir Hacıyev və onun gəlini Sevda Gülməmməd qızı Hacıyevanın qəbirlərinin sinə daşları oğurlanıb.

Faktla bağlı Şamaxı Rayon Polis şöbəsində araşırma aparılır./report

 


İcmal.Az


RƏYLƏR