Şamaxıda yük maşını naxırın üstündən keçdi

OXUNUB: 788 HADİSƏ
Şamaxı rayonunda iribuynuzlu heyvanların kütləvi tələf olması ilə nəticələnən avtomobil qəzası baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı-Göylər-Padarçöl yolunda qeydə alınıb.

90-JD-527 dövlət nömrə nişanlı, "SHACMAN” markalı yük avtomobili yoldan keçən, Göylər kənd sakinlərinə məxsus 16 baş iribuynuzlu heyvanı vurub. Hadisə zamanı yük avtomobilinin altında qalan inəklərdən 8-i ölüb, 8-i xəsarət alıb. Kəndlilərə ümumilikdə 15 min manat maddi ziyan dəydiyi bildirilir.
 
 Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
 
İcmal.Az

RƏYLƏR