Samir Cəfərov Damlaya görə işindən ayrılıb? - DAMLA GƏNCƏDƏ ARANI QATDI

OXUNUB: 1329 Özəl Seçilmiş Önəmli HADİSƏ
Xalq artisti Samir Cəfərovun Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən ayrılmasının bəzi səbəbləri məlum olub.
7NEWS.az xəbər verir ki, Cəfərov cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən sənətçilərin konsertinin rəhbərlik etdiyi müəssisədə təşkil edilməsinə qarşı çıxıb. Ancaq onun bu istəyi nəzərə alınmayıb. 

Xalq artisti arqument kimi özünün tənqidlərə məruz qalmasını göstərsə də, onun bu fikrinə məhəl qoyan olmayıb. Bildirilir ki, müğənni Damlanın Gəncədə konsert verməsi sosial şəbəkədə və mətubatda Cəfərovun tənqid edilməsiylə nəticələnib. Məhz bu tənqidlər xalq artistinin getmək qərarını bir az da sürətləndirib. 

Qeyd edək ki, mayın 5-də Gəncə filarmoniyasında Damlanın solo konserti keçirilmişdi.  

RƏYLƏR