Samux sakini iş yoldaşını qətlə yetirdi

OXUNUB: 557 HADİSƏ

Samux rayonunda qətl hadisəsi baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il Əhmədov İntiqam İmamverdi oğlunu kafedə yemək yeyən zaman bıçaqlayaraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

R. Məhərrəmov saxlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.  

İcmal.Az

RƏYLƏR