Samux rayonunda tanışlar arasında əlbəyaxa dava düşüb.
Hadisə rayonun Sərkər kəndində baş verib.
Belə ki, əlbəyaxa dava nəticəsində kənd sakini, 1982-ci il təvəllüdlü Nəsibov Anar Rabil oğlu baş və sifət nahiyəsindən ağır xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Əlbəyaxa dava zamanı A.Nəsibovun tanışı da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./report
İcmal.Az