Saqqız qabından narkotik çıxdı - Gömrükdə əməliyyat

OXUNUB: 768 SOSİAL

Gömrük nəzarətindən gizlədilən narkotik vasitə saqqız qabından tapılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən İcmal.Az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının əl çantası və əlindəki pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb.

Bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib. Baxış zamanı, vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə - tiryək aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR