Sarkisyan: Azərbaycan asanlıqla Qarabağdan imtina etməyəcək

OXUNUB: 576 DÜNYA

Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.

İcmal.Az xəbər verir ki, 105 deputatdan 90 nəfər iclasda iştirak edir.

Qalan 15 deputat iclasa qatılmayıb.

Milli Məclisin spikeri Ara Babolyanın çıxış nitqi ilə başlayan iclasda Ermənistanın eks-prezidenti və hazırda baş nazir postuna yeganə namizəd Serj Sarkisyan millət vəkillərinin suallarına cavab verir.

O, çıxışında ötən il Azərbaycan və Ermənistan arasında baş tutan Aprel döyüşləri haqqında da danışıb.

Sarkisyan bildirib ki, Azərbaycanın asanlıqla Qarabağdan imtina edəcəyini ümid etmirik:

"Aprel döyüşləri həm süpriz idi, həm də deyildi. İlk və əsas olaraq biz Azərbaycanın asanlıqla Qarabağdan imtina edəcəyini ümid etmirik. Bunun üçün də Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi üçün yeni silahların alınması və özümüzün silah istehsal etməyimiz məsələsinə xüsusi diqqət yetirmək lazımdır”.

İcmal.Az

RƏYLƏR