Amerikanın Vircinya ştatında ötən həftə tapılan qız cəsədi ilə bağlı yeni məlumat əldə edilib.
Cəsədin 22 yaşlı Bethany Stephens-ə aid olduğu dəqiqləşib.
Polis cəsədin tapılmasından 4 gün sonra hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, əvvəl qızın intihar etdiklərini düşünsələr də, onun saxladığı itlər tərəfindən öldürüldüyü dəqiqləşib. İtlər huşunu itirib yerə yıxılan qızı ölənə qədər incidiblər, sonra da onun cəsədini yeyiblər./milli


İcmal.Az

























