7NEWS.az xəbər verir ki, İyunun 25-də keçiriləcək yeni seçkilərə hazırlaşan Yunanıstanda Türkiyədə keçirilən seçkilərin ikinci turunun nəticələri geniş təsir bağışladı. Yunanıstanda keçirilən seçkilərin favoriti, sağ mərkəzçi Yeni Demokratiya Partiyasının lideri, keçmiş baş nazir Kiryakos Mitsotakis "Mən Ərdoğana zəng edib təbrik edəcəyəm” deyib. Televiziyaya verdiyi nitqdə Türkiyə-Yunanıstan münasibətlərində 6 Fevral zəlzələsindən sonra vəziyyətin daha da yaxşılaşmasını arzuladığını bildirib.
7NEWS.az