Səddam Hüseynin şəxsi yaxtası elmi tədqiqat mərkəzinə çevrildi

OXUNUB: 312 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Səddamın şəxsi yaxtası İraqda elmi tədqiqat mərkəzinə çevrildi. Səddamın adını daşımasına baxmayaraq, yerli və xarici turistlər devrilmiş rəhbərin ayaq basmadığı yaxtaya maraq göstərirlər.
İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta bu gün lövbər saldığı Bəsrədə dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.
Səddamın adını daşısa da, devrilmiş rəhbərin ayaq basmadığı yaxtanın tikintisi 1980-ci ildə Danimarkada başlayıb və bir il sonra tamamlanıb.

Şəxsi yaxta 8 illik İraq-İran müharibəsi və sonra Körfəz müharibəsi səbəbindən İraqa gətirilə bilməyib. Yaxta daha sonra Səddam Hüseyn tərəfindən Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd Bin Əbdüləziz Əl-Səuda hədiyyə edilib.
Maraqlı yaxta o zamanlar "Kadisiye Yaxtası” adlandırılsa da, hazırda "Basra Breeze Yaxtası” kimi tanınır.

7NEWS.az

RƏYLƏR