Bu şikayətlərə gömrükdəki süründürməçilik hallarından, mənasız bürokratiyadan, monopolistlərə xüsusi şərait yaradılmasından tutmuş malların qiymətinin invoys qiymətilə deyil, gömrük orqanının öz kefinə uyğun şəkildə şişirdilməsinə qədər bir çox məqamlar daxildir.
Misal üçün Bakı Baş Gömrük İdarəsinin laboratoriyası ölkəyə mal gətirən sahibkarların "ilişdiyi” və izafi xərclərə düşdüyü ən çətin "nöqtələr”dən biridir. Sahibkarlar bu qurumdakı süründürməçilikdən əziyyət çəkdiklərini və heç bir lüzum olmadan artıq xərcə düşdüklərini bildirirlər./demokrat.az