Səfər Mehdiyevin qaynı həbs olundu

OXUNUB: 455 GÜNDƏM İQTİSADİYYAT
İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb.

 DGK-nın nəzdindəki "Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini olan Zeynal Tarquliyev yeznəsi Səfər Mehdiyevin "qara kassası” hesab olunurdu.

Bəzi mənbələr iddia edir ki, Zeynal Tarquluyev əlində olan rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat toplayıb. İstisna olunmur ki, onun həbsi də məhz bununla bağlıdır.

Mənbənin sözlərinə görə, hazırda DGK-da keçmiş sədr Səfər Mehdiyevin onlarla yaxın qohumu çalışır ki, onların hər birinin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılır və yaxın günlərdə yeni həbslər dalğasının olacağı istisna olunmur.  

RƏYLƏR