Şəhid məzarlığına ögey münasibət bəsləyən icra başçısı - RƏZALƏT

OXUNUB: 563 SOSİAL
Bu məzarlar Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər rayonunun girişindəki qəbirstanlıqda olan vətən uğrunda çarpışan, ana, bacı gözyaşlarına həsrət qalan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZİN məzarlarıdır!

Tarixi:
Qarabağ müharibəsinin ən şiddətli vaxtlarında Vaquas, Vəng kəndləri ərazisində vətənimizin azadlığı uğrunda 67 nəfər əsgərimiz şəhid olur. Şəhidlərimizin 12 nəfəri yaxınları tərəfindən tanınmış və öz yurduna aparılıb dəfn edilmişdi. 55 nəfər şəhid əsgərimizin isə cəsədləri tanınmaz halda olduğu üçün sahibsiz qalmışdı..
Həmin vaxtlarda mənim atam Sərdar Həmidov Tərtər rayonu icra hakimiyyətinin başçısı idi. Sərdar Həmidovun göstərişinə əsasən tanınmaz halda olan şəhidlərimizin başsız, qolsuz, ayaqsız parçaları dinimizin tələblərinə uyğun olaraq, yuyulub, kəfənlənib, tabuta qoyulub dəfn edilməsi, məzar daşlarının isə mərmər və qranit daşından götürülməsi üçün öz humanitar məsələlər üzrə müavini Oqtay Musayevin rəhbərliyi ilə şəhidlərimizin dəfn komissiyası yaradılır. Həmin komissiyaya Sərdar Həmidovun müavini, rayonun axundu və bir çox rəsmilər daxil edilmişdi.
Naməlum şəhidlərimizin tanınması mümkün olmadığını, yaxınlarının tapılmadığı Sərdar Həmidova məruzə ediləndə bilirsiniz nə demişdi?
"Azərbaycanın sahibsiz şəhidi yoxdur O əsgərlər mənim övladlarımdır, Azərbaycanın övladlarıdır". (Müstəqim Məmmədov əgər sənin övladın şəhid olsaydı inan öz oğlunu bundan artıq səviyyədə dəfn edə bilməzdin!)

İndi həmin şəhidlərimizin məzarları bax bu haldadır. Mərmər daşları oğurlanıb!!!
Sənin başçılıq etdiyin rayonda, Tərtər rayonunun girişində yerləşən qəbirstanlıqdan ey Müstəqim Məmmədov! Ey Tərtəri təmsil edən deputat Sahib Alıyev!
Paylaşmayacaqdım! Çünki ayıbıma gəlirdi. İllərdir bu məzarlar bu haldadır! Azərbaycan Prezidenti sizlərə vəzifə verib, şans verib deyib gedin xalqa xidmət edin, dövlətçiliyə xidmət edin. Hanı xidmət?!
İndi məcbur qalıb paylaşıram.. Çünki indi sən, Müstəqim Məmmədov mənim babamın tikdiyi, İsgəndər, Sərdar, Zakir Həmidovların böyüdüyü evini, mənim yurdumu alıb quldurlara, reketlərə vermək istəyirsən!
Məndə sənə bir sual verirəm Müstəqim Məmmədov: Bu məzar daşlarının sinə daşını, baş daşını satıb yeyib qutarmısan ki, indi mənim ata, baba yurdumu sot sot satmaq eşqinə düşmüsən? Ey Azərbaycan bu sübutu bircə sualla paylaşın: Bu vətənə xəyanət deyil?! Bu döyüş bölgəsində düşmənə xidmət etmək, əhalini ruhdan salmaq deyil? Bu aprel döyüşləri ilə torpaqlarımızın bir hissəsinidə azad edən qəhrəman ordumuzun ALİ BAŞ KOMANDANINA xəyanət deyil? soruşun paylaşın!

RƏYLƏR