"Şəhidlərimizi Tanıyaq" adlı layihə çərçivəsində məktəblilərlə görüşlər keçirilib

OXUNUB: 110 SOSİAL
Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Şəhidlərimizi Tanıyaq" adlı layihə çərçivəsində 25 və 30 noyabr 2021-ci il tarixlərində Sabirabad şəhər E.Nadirov adına 8 saylı tam orta məktəbdə məktəblilərlə görüşlər keçirilmişdir. Tədbirləri giriş sözü ilə açan layihə rəhbəri Mahirə İsmayılova məlumat verərək bildirmişdir ki, bu layihə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin gənclər arasında təbliğ olunmasından və gənclərimizdə vətənpərvərlik ruhunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsindən ibarətdir. 

Görüşlərdə  Sabirabad rayon Veteranlar birliyinin sədri Faiq Hüseynov və qazilər iştirak edərək keçdikləri şərəf yolu haqqında şagirdləri məlumatlandırmışlar. Eyni zamanda, görüşlərdə şəhid ailələrinin üzvləri də iştirak etmiş, şəhidlik zirvəsinə ucalmış doğmaları haqqında çıxış etmişdirlər. Layihə rəhbəri bildirilmişdir ki, layihə çərçivəsində bu formatlı görüşlər davam edəcəkdir
 Нет описания.
Нет описания.
Нет описания.
 

RƏYLƏR