Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işdən çıxıb

OXUNUB: 560 SOSİAL

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. 

Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  İcmal.Az-a məlumatı təsdiqləyib.

Bildirib ki, o, elmi fəaliyyətlə məşğul olacağı üçün öz xahişi ilə işdən çıxıb.

Hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.

Qeyd edək ki, L.Bayramova nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.

İcmal.Az

RƏYLƏR