Şəkidə ərzaq mağazası yanıb

OXUNUB: 892 HADİSƏ

Şəkidə ərzaq mağazası yanıb.

 

Sentyabrın 11- dən 12-ə keçən gecə Şəki şəhəri sakini Teymur Sadıqova məxsus, şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən, ümumi sahəsi 32 kv/m olan ərzaq malları mağazasında yanğın baş verib.

 

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları içərisindəki ərzaq malları ilə birlikdə yanıb. Mağazaya bitişik tikilən ümumi sahəsi 18 kv/m olan anbar və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR