Selfiyə görə tovuzquşunu ölənə qədər incitdilər

OXUNUB: 665 DÜNYA

Hindistanda tovuzquşu ilə selfi çəkdirmək istəyənlər onu ölümünə səbəb olublar.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Metro nəşri yazır.

Hadisə Qərbi Benqaliya ştatının Calpayquri şəhərində baş verib. Tovuzquşu təsadüfən insanların çox olduğu yerə düşüb və ajiotaja səbəb olub.

Onunla selfi çəkdirmək istəyənlər quşun ayağından dartırdılar, qanadlarını açmağa çalışırdılar. Tovuzquşu stresə davam gətirməyək ölüb.

Qeyd edək ki, 1063-cü ildən etibraən tovuzquşu Hindistanın milli quşu sayılır.

İcmal.Az

RƏYLƏR