Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən "Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq eilib.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
24.04.2024, 18:05 / Özəl, SOSİAL -
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
24.04.2024, 16:42 / Özəl, SOSİAL -
ABŞ nümayəndələri “ASAN xidmət”də
24.04.2024, 13:35 / Özəl, SOSİAL -
Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH
24.04.2024, 13:26 / SOSİAL -
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
24.04.2024, 10:24 / Özəl, SOSİAL -
Xankəndidə ilk körpə dünyaya gəlib
23.04.2024, 18:04 / SOSİAL -
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
23.04.2024, 17:37 / Özəl, QHT, SOSİAL