Şəmkirdə yeniyetmə qız ağacdan yıxıldı

OXUNUB: 597 HADİSƏ
Şəmkirdə yeniyetmə ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, rayonun Sabirkənd kənd sakini 2003-cü il təvəllüdlü Rüstəmova Nərgiz Elşən qızı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Atasının dediyinə görə, xəstə nar yığan zaman ağacdan yıxılıb və şifer parçası onun döş qəfəsinə bataraq xəsarət yetirib.
 
İcmal.Az

RƏYLƏR