"Əli Kərimli yenə feysbuk statusunda başından və ağlından yekə məsləhətlər, tövsiyyələr verir. Palaz-palaz yazılar yazır, hamını səhv çıxarmağa çalışır. Bu adama kimsə desin ya da qulağına pıçıldasın ki, get özünə aid işlərlə məşğul ol. Ciddi məsələlər sənlik deyil. Sən ancaq qaraguruha, ətrafındakı anti-milli ünsürlərə istiqamət verə bilərsən. Vəssalam.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"İndi də təzə mövzular tapıb və son moizələrini həmin mövzular üzərindən oxuyur. Ki, bəs mövcud iqtidar filankəsin həbsi və keçirdiyi aclıq aksiyası ilə bağlı ciddi-ciddi düşünməlidir, sonra gec olar, özünə pislik edər və sair, ilaxır.
Kimsən axı sən? Sən kimsən ki, məsləhət verirsən, yön verirsən, istiqamət verirsən, tövsiyyə verirsən?
Heç kim! Məchulluq. Yoxluq. Qeyri-müəyyənlik.
Ona görə də boş-boş və mənasız statuslar yazıb, zəhlə tökmə. Zatən iyrənir hamı səndən. Riyakar!”- deyə Partiya sədri fikirlərinə davam edib.”