“Sən guya anlamırsan ki...” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

OXUNUB: 0 Özəl SİYASƏT
"Cəmil Həsənlinin "Toplum Tv” işi ilə bağlı verdiyi açıqlamalar, irəli sürdüyü mülahizələr son dərəcə ikrahdoğurucu və gülüncdür. Eyni zamanda məlum yanaşma bu küçə adamının nə qədər bəsit, "qırmızı” və həyasız biri olmasının növbəti, əyani sübutudur.”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.

"Özü ilə bərabər 3 nəfər yarımdan ibarət olan "Milli Şura” adında destruktiv təşkilatın bədnam sədri dünənki sərsəmləməsində buyurub ki, guya "tomplumçular”a qarşı haqsızlıq edilib, onlar barəsində amansız hökm verilib.

Hərgah, adama soran lazım: Hansı haqsızlıq?

Sən məgər bilrmirsən ki, onlar haradan idarə olunurdu və hansı məqsədlər üçün media adı altında dövriyyəyə buraxılmışdı?

Sən məgər xəbərsizsən ki, "Toplum Tv” və onun kimi bir sıra proyektlərin bünövrəsi kimlər tərəfindən və niyə qoyulmuşdu?

Sən məgər fərqində deyilsən ki, belələrinin arasında nə qədər agent, nə qədər "verbovka”, nə qədər "kamikadze” var?

Sən məgər kor gözlərini açıb - onların sosial şəbəkələrdə, mətbuatda yayılan yazışmalarını oxumadın? Pulun müqabilində hansı tapşırıqlara, sifarişlərə "hə” dediklərini, razılaşdıqlarını görmədin?

Sən guya bilmirsən ki, bunların əsas məqsədi, hədəfi, amalı təxribat idi?

Elə də gözəl bilirsən ki.... Elə də gözəl görürsən ki...

Sadəcə özünü qoymusan, "axırıncı yola”. Daha dəqiq desəm: illərdir süləndiyin, yürüdüyün yola! Sənə layiq olan yola! Bomj simana yaraşan yola!

Allahın bədbəxti!

3 aydan bir ayılır ki, müxalifətçidir və bu minvalla nəsə demək, ortalıqda görünmək lazımdır!

Oysa, daş düşsün belə müxalifətçiliyə də, belə görünməyə də, belə çərənləməyə də. Düşsün və axıra qədər yerindən tərpənməsin." - deyə partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR