Сənubi Koreyada iki gəmi toqquşub: Ölənlər var

OXUNUB: 806 DÜNYA

Yapon dənizində Cənubi Koreyanın Pxoxan şəhəri yaxınlığında balıqçı gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər itkin düşüb.

İcmal.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, qəzadan sonra xilasedicilər 2 heyət üzvünü sudan çıxarmağa müvəffəq olublar. Lakin onlar xəstəxanaya çatdırıldıqdan sonra ölüblər.

Üçüncü balıqçının axtarışlarına 9 qayıq, Hərbi Dəniz Qüvvələrinin 3 gəmisi, 2 vertolyot və 1 patrul gəmisi cəlb edilib.

İnsidentlə bağlı təhqiqat aparılır.  

İcmal.Az

RƏYLƏR