Serbiya prezidenti Aleksandr Vuçiç Serb Tərəqqi Partiyasının rəhbərliyindən istefa verib. Partiyanın yeni lideri Serbiyanın müdafiə naziri Miloş Vuçeviç olub.
7NEWS.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç bu gün keçirilən iclasda Serb Tərəqqi Partiyasının (SNT) rəhbərliyini tərk etdiyini açıqlayıb. Vuçiç, Kragujevacda keçirilən və 3792 nümayəndənin qatıldığı SNS iclasında etdiyi çıxışında "SNS-i çox sevdiyini və sağ olduğu müddətdə, hətta liderliyindən getsə belə, heç vaxt partiyanı tərk etməyəcəyini” bildirib.
7NEWS.az